Azərbaycanda daha 2 min eşşək "yoxa çıxdı" - SİYAHI

Azərbaycanda eşşəklərin sayında azalma davam edir. Avtosfer.az "Modern.az"a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-ci ilin əvvəlində 12709 baş eşşək olub. Bu göstərici ötən illə müqayisədə 2215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb. Ötən il eşşəklərin böyük hissəsinin - 68 faizinin yaşı 3 və daha çox olub.
Statistikaya görə, ən çox eşşəyin olduğu rayon Lerik (1151 baş) olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1362 baş eşşək olub.
İkinci ən çox eşşəyin olduğu rayon Şəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub. Quba (846), Ağstafa (792) rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.
İqtisadi rayonlar üzrə eşşəklərin sayı aşağıdakı kimi olub:
Bakı şəhəri - 7
Naxçıvan Muxtar Respublikası - 1041
Abşeron-Xızı iqtisadi rayonu - 90
Dağlıq Şirvan iqtisadi rayonu - 513
Gəncə-Daşkəsən iqtisadi rayonu - 1426
Qarabağ iqtisadi rayonu - 658
Qazax-Tovuz iqtisadi rayonu - 2949
Quba-Xaçmaz iqtisadi rayonu - 1552
Lənkəran-Astara iqtisadi rayonu - 2535
Mərkəzi Aran iqtisadi rayonu - 224
Mil-Muğan iqtisadi rayonu - 478
Şəki-Zaqatala iqtisadi rayonu - 542
Şərqi Zəngəzur iqtisadi rayonu - 88
Şirvan-Salyan iqtisadi rayonu - 606
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










