Azərbaycanda daha bir universitet BAĞLANIR?

"Abituriyent” jurnalının 4-cü sayında 2026–2027-ci tədris ili üzrə qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adına rast gəlinmir.
Avtosfer.az "Yeni Sabah”a istinadla xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbulla bağlı statistik məlumatlarında da Naxçıvan Müəllimlər İnstitutunun 2026-cı ildə magistratura üzrə qəbul planında yer almadığı göstərilir. Beləliklə, mövcud məlumatlara əsasən, institut bu tədris ilində həm bakalavriat, həm də magistratura səviyyəsində tələbə qəbulu həyata keçirməyəcək.
Bu vəziyyət isə Naxçıvan Müəllimlər İnstitutunun gələcək fəaliyyəti ilə bağlı suallar yaradır. Xüsusilə bu il qəbulun hər iki səviyyə üzrə aparılmaması "institut bağlanacaqmı?” sualını gündəmə gətirir.
Naxçıvan Müəllimlər İnstitutundan sorğuya cavab verilmədi.
Məsələ ilə bağlı aidiyyəti qurumlara da sorğu göndərilib. İnstitutun fəaliyyətinin davam etdirilib-etdirilməyəcəyi, qəbulun niyə dayandırıldığı və gələcəkdə tələbə qəbulunun bərpa olunub-olunmayacağı ilə bağlı rəsmi açıqlama əldə edildikdən sonra məlumat təqdim olunacaq.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












