Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi

Qusarda kənd sakinlərindən hədə-qorxu yolu ilə dəfələrlə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi Zahid Abuyevin qanunsuz əməllərinə dair çoxsaylı vətəndaş şikayəti əsasında Qusar rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həyata keçirilmiş çoxsaylı istintaq hərəkətləri nəticəsində Zahid Abuyevin 2016-cı ildən 2025-ci ilin aprel ayınadək Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin 40-a yaxın sakininin qanun pozuntuları barədə meşəbəyliyə və ya aidiyyəti qurumlara məlumat verməməsi müqabilində hədə-qorxu yolu ilə onlardan dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitləri və digər maddi nemətlər almasına dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Zahid Abuyev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (hədə-qorxu ilə təkrarən rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qusar rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












