Azərbaycanda distant iş rejimi genişlənəcək - FOTO

Son illərdə əmək münasibətlərində çevik iş modellərinə maraq artsa da, distant iş rejiminin Azərbaycanda tətbiqi hələ geniş yayılmayıb. Bu modelin hansı sahələrdə daha effektiv ola biləcəyi və gələcəkdə nə dərəcədə genişlənəcəyi müzakirə mövzusudur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, distant və hibrid iş rejiminin geniş tətbiqi ilk növbədə bu sahədə ənənənin formalaşmasından asılıdır. Onun sözlərinə görə, Azərbaycanda artıq belə bir tendensiya müşahidə olunur və distant işin mərhələli şəkildə genişlənəcəyi gözlənilir. Deputat vurğulayıb ki, bunun üçün həm dövlət, həm də özəl sektorun yeni iş modelinə tam hazır olması vacibdir.

V.Bayramov qeyd edib ki, Avropa İttifaqı ölkələrinin təcrübəsində də distant iş modeli mərhələli şəkildə formalaşıb. COVID-19 pandemiyasından əvvəl az sayda şirkət bu iş rejimindən istifadə etsə də, hazırda əksər şirkətlər distant və ya hibrid modeli tətbiq edir. Deputatın fikrincə, bunun əsas səbəbi biznesin və dövlət qurumlarının zamanla yeni iş formasına uyğunlaşmasıdır.
Onun sözlərinə görə, Azərbaycanda da xüsusilə 2026-cı ildə distant işə üstünlük verən özəl sektor subyektlərinin sayında artım müşahidə olunur. Bununla yanaşı, dövlət qurumlarında çevik iş rejiminin sınaqdan keçirilməsinə başlanması da bu istiqamətdə yeni mərhələ hesab edilə bilər. Deputat gözləyir ki, növbəti mərhələdə bu modelin əhatə dairəsi daha da genişlənsin.
“Bu, artıq bir tələbdir. Qanunvericilikdə edilən dəyişikliklərin də məqsədi ondan ibarətdir ki, distant iş üçün hüquqi baza yaradılsın və bu ənənənin formalaşması sürətlənsin. Gözləntilərdən biri odur ki, növbəti illərdə distant iş rejimini tətbiq edən şirkətlərin sayında ciddi artım müşahidə olunacaq”, – Vüqar Bayramov bildirib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












