Azərbaycanda geniş mənada pul kütləsi artdı

Bu il avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 47 milyard 680,3 milyon manat təşkil edib.
Avtosfer.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 % az, ilin əvvəli ilə müqayisədə 2,55 %, ötən il avqustun 1-nə nisbətən 6,15 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 36 milyard 662,6 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,4 % az, ilin əvvəli ilə müqayisədə 0,3 % çox, ötən ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 21 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,4 %, ilin əvvəli ilə müqayisədə 2,1 % az, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.
Avqustun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 657,3 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,9 %, ilin əvvəli ilə müqayisədə 5 %, ötən ilin eyni dövrünə nisbətən 4,75 % çoxdur.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












