Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqləndi

Nazirlər Kabineti “Hava məkanından istifadə və uçuş Qaydaları”nı təsdiq edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bundan başqa, hökumətin "Hava məkanından istifadə Qaydaları”nın və "Uçuş Qaydaları”nın təsdiq edilməsi barədə 15 yanvar 2013-cü il tarixli qərarları qüvvədən düşüb.
Qaydalar “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya uyğun həyata keçirilir.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının vaxtaşırı etdiyi düzəliş və dəyişikliklər ölkə qanunvericiliyi ilə ziddiyyət təşkil etmədiyi hallarda bu Qaydaların tərkib hissəsi kimi qəbul olunur.
Hava məkanının bütün istifadəçiləri (o cümlədən ölkədə qeydiyyata alınmış hava gəmisinin istismarçıları) Qaydaların tələblərini yerinə yetirməlidirlər.
Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlərin dərc etdiyi müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












