Azərbaycanda ictimai nəqliyyat vasitələrinin istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 20 ədəd ictimai sərnişin nəqliyyat vasitələri istehsal edilib.
Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,3 % çoxdur. Nəticədə bu ilin martın 1-nə 13 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk ayı ayında Azərbaycanda 70,8 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,7 dəfə artıb.
Bundan başqa, yanvar-fevral aylarında Azərbaycanda 716 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 249 ədəd və ya 53,3 % çoxdur. Nəticədə bu ilin martın 1-nə 215 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat ayında Azərbaycanda 79 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk iki ayı ilə müqayisədə 1,3 % azdır. Bu ilin martın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin yanvar-fevral aylarında ölkədə 134 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 11,2 dəfə çoxdur. Bu ilin martın 1-nə 19 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












