Azərbaycanda iki kateqoriya startapları maliyyələşdiriləcək

"White Hill Capital” vençur fondu Azərbaycanda iki kateqoriya startapları maliyyələşdirəcək.
Avtosfer.az xəbər verir ki, bunu “White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti 2025 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “White Hill Capital” Mərkəzi Asiyadan olan startapların Yaxın Şərq və Şimali Afrika regionuna genişləndirilməsində ixtisaslaşan 50 milyon ABŞ dollarlıq Mərkəzi Asiya fondudur: “Bu gün biz İRİA ilə birgə investisiya vasitəsi yaratma layihəsini tamamladıq. İRİA müəyyən məbləğdə pul yatıracaq. Biz hər bir dollara iki dollar əlavə edərək, bu vasitə ilə iki kateqoriya startapı maliyyələşdirəcəyik”.
O qeyd edib ki, birincisi, əsasən Azərbaycan əsaslı startaplardır:“Onlar ilk öncə Mərkəzi Asiyaya, daha sonra BƏƏ, Qətər və digər ölkələrə genişlənmək istəyirlər. İkincisi isə Azərbaycan bazarına daxil olmaq, şirkət qurmaq, insanları işə götürmək və vergi ödəmək istəyən hər hansı şirkətlərin maliyyələşdirilməsidir. Biz inanırıq ki, bu vasitə ilə genişlənmək istəyən Azərbaycan startapları üçün uğurlu yol xəritəsi yarada biləcəyik”.
A.Sultanov deyib ki, doğma bazarlardan tez çıxan şirkətlər kapitalizasiya artımı baxımından üstünlük qazanırlar: “Biz də bunu etməyi planlaşdırırıq. Beləliklə, biz layihələr axtaracağıq, onları nəzərdən keçirəcəyik və ümid edirik ki, investisiya qoyacağıq. Hətta bu gün biz artıq iki şirkətə - “Clopos” və “Receptor”a investisiya qoymağı elan etdik. Hər birinə əsasən 150 min ABŞ dolları veriləcək. Biz onlara Azərbaycandan kənara genişlənməkdə, Dubayda həyata keçirdiyimiz akselerasiya proqramına daxil olmaqda kömək edəcəyik”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












