Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir: gəlirlər və investisiyalar artır - FOTO

Rəqəmsal transformasiya istiqamətində atılan addımlar öz nəticəsini verir. İKT sektorunda 2026-cı ilin ilk aylarında da müsbət dinamika müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, fevralın sonunadək olan göstəricilərə əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı artaraq 2,1%-ə yüksəlib. Qeyri-neft/qaz sektorunun ÜDM-də payı isə 2,9% təşkil edib.
Sahə üzrə gəlirlərin artımı da diqqət çəkir. Belə ki, informasiya və rabitə sektorunun ümumi gəliri hesabat dövründə 608.6 milyon manata çatıb. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2% və ya 46 milyon manat çoxdur.
Həmçinin investisiya aktivliyi əhəmiyyətli dərəcədə yüksəlib. Yanvar-fevral ayları ərzində sektora yönəldilən investisiyaların həcmi 106.1 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə və ya 56 milyon manat artım deməkdir və sahəyə maraqdan xəbər verir.
Ümumilikdə təqdim olunan göstəricilər İKT sektorunun davamlı inkişafını və rəqəmsal iqtisadiyyatın genişləndiyini nümayiş etdirir.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












