Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə dəyişkən iş qrafiki tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Qeyd edilib ki, bu qrafik sentyabrın 15-dən başlayaraq 2 ay müddətində sınaq məqsədilə təşkil olunur.
"Qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərti ilə təşkil ediləcək. Həmin müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












