Azərbaycanda istilik tarifləri ARTIRILDI

Tarif (Qiymət) Şurası "Azəristiliktəchizat" ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə" 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, qərarı Şuranın sədri Mikayıl Cabbarov imzalayıb.
"Azəristiliktəchizat" ASC-nin müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. "Azəristiliktəchizat" ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 17 nömrəli Qərarının birinci hissəsində "14.60" rəqəmləri "21.00" rəqəmləri ilə, "0.30" rəqəmləri "0.45" rəqəmləri ilə əvəz edilsin.
2. Bu Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"nda nəzərdə tutulmuş "İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə"yə (əhali qrupuna aid olan istehlakçılar) əlavə ilə müəyyən edilmiş dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq edilsin.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












