Azərbaycanda keçirilən hərracda gəmi satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 15-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb. Bunlardan biri "Point Brower D" markalı gəmidir.
Dövlət Xidmətindən Avtosfer.az-a bildirilib ki, hərracda start qiyməti 4500 manat olan “Volkswagen Polo” markalı avtomobil 6600 manata, ilkin qiyməti 6750 manat olan “Land Rover Frelander” markalı nəqliyyat vasitəsi 7200 manata satılıb. "Point Brower D" markalı gəminin isə satış qiyməti 115 min manat olub.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 22 və 29 sentyabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












