Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.
Ali Məhkəmədən Avtosfer.az-a verilən məlumata görə, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev izah verib.
Hakimin sözlərinə görə, cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır olmaqla təsnif edilir. O bildirib ki, qəsdən adam öldürmə cinayətləri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və bu əməllərə görə nəzərdə tutulan cəzalar kifayət qədər sərtdir.
Qeyd olunub ki, qəsdən adam öldürmə hallarında yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Belə ki, sadə adam öldürmə (yəni qanunda göstərilən heç bir ağırlaşdırıcı və ya yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə - red.) cinayətlərinə görə cəza 9 ildən 14 ilədək müddəti əhatə edir. Əgər cinayət tamah və ya xuliqanlıq niyyəti ilə törədilərsə, bu halda 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.
Nahid Mirzəyev əlavə edib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilik daha humanist yanaşmanı nəzərdə tutur. Belə ki, 14 yaşdan 18 yaşadək şəxslər qəsdən adam öldürmə cinayəti törətdikdə, cinayətin ağırlığından asılı olmayaraq, onlara maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Hakim həmçinin vurğulayıb ki, ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən kateqoriyadan olan şəxslərə tətbiq edilmir. Bunlara yetkinlik yaşına çatmayanlar, qadınlar və barəsində məhkəmə hökmü çıxarılanadək 65 yaşı tamam olmuş şəxslər daxildir.
Məlumata görə, qəsdən adam öldürməyə görə məhkum olunan şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Əgər şəxs əvvəllər də cinayət törədibsə və residiv halları mövcuddursa, cəza xüsusi rejimli müəssisədə icra oluna bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslər isə cəzalarını həbsxanada çəkirlər.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










