Azərbaycanda külli miqdarda spirtli içki marketlərdən YIĞIŞDIRILDI - SƏBƏB

2025-ci ilin iyul - avqust aylarında Dövlət Vergi Xidmətinin (DVX) müxtəlif sahibkarlıq subyektlərində keçirdiyi əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq dövriyyədən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DVX məlumat yayıb.
Bildirilib ki, yoxlamalar Bakı şəhəri, Abşeron, Qusar və Göyçay rayonlarında keçirilib.
Nəticədə Binəqədi rayonunda Hüseyn Allahverdi oğlu Tanrıverdiyevə məxsus satış obyektində 840 ədəd, Xırdalan şəhərində Asif Vasil oğlu Bağırova məxsus satış obyekti və anbarında 1 491 ədəd, Mehdiabad qəsəbəsində Kamran Mair oğlu Osmanovun və Orxan Valeh oğlu Rəsulovun satış obyektlərində müvafiq olaraq 383 və 169 ədəd, Qusar rayonunda "P1ONEER" MMC-yə aid anbarda və Fətulla Abdulla oğlu Aydınova məxsus satış obyektində müvafiq olaraq 3 012 və 608 ədəd, Göyçay rayonunda isə Elvin Əlövsət oğlu Məmmədova məxsus satış obyektində 49 ədəd olmaqla ümumilikdə 6 552 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq götürülüb.
Bundan başqa, paytaxtın Maştağa qəsəbəsində İsrafil Əvəz oğlu Rəhimov və Elgün Əlixan oğlu Məmişovun kustar üsulla alkoqollu içki istehsalı ilə məşğul olduqları və həmin məhsullara saxta aksiz markaları tətbiq etdikləri aşkarlanıb. Keçirilmiş əməliyyat tədbiri zamanı 12 700 ədəd saxta aksiz markası, saxta aksiz markaları ilə markalanmış 2 604 ədəd alkoqollu içki, həmçinin alkoqollu içki istehsalı prosesində istifadə olunan avadanlıq, xammal və digər mallar aşkar edilərək götürülüb.
Aksiz markalarının tətbiqi bu sahədə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə fiskal nəzarətin təmin edilməsi ilə yanaşı, həm də ictimai sağlamlığın qorunması, mənşəyi məlum olmayan, keyfiyyətsiz və insan həyatı üçün təhlükə yaradan məhsulların istehlak bazarından çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunan hüquqpozmaların qarşısının alınması məqsədilə genişmiqyaslı vergi nəzarəti tədbirləri bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək və qanunsuz fəaliyyət göstərən şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri tədbirləri görüləcək.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












