Azərbaycanda “lizinq” anlayışı ləğv edilir

Azərbaycanda “lizinq” anlayışı ləğv edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Yeni qanun layihəsinin hazırlanmasının zərurəti və onun mahiyyətinə keçməzdən öncə bir konseptual məsələyə diqqəti yönəltməyə ehtiyac var. Bu məsələ milli qanunvericilikdə istifadə olunan “lizinq” termininin (anlayışının) “maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz edilməsi ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, beynəlxalq termin olan “leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçmiş, yəni “lizinq” kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun “maliyyə icarəsi” kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib.
Məlumat üçün bildiririk ki, bir sıra ölkələrdə də “financial lease” termini həmin ölkələrin dilində hərfi tərcümədə olduğu kimi istifadə edilir. Məsələn:
⦁ türk dilində - finansal kiralama;
⦁ ingilis dilində - financial lease;
⦁ ispan dilində - arrendamiento financiero;
⦁ fransız dilində - le crédit-bail.
Onu da qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 38-ci fəsli “Lizinq” adlansa da, o əslində “maliyyə lizinqi”, yeni ifadə ilə desək “maliyyə icarəsi” ilə bağlı münasibətləri tənzimləyir, qüvvədə olan qanunvericilikdə isə “maliyyə lizinqi” termini indiyə qədər əsasən Vergi Məcəlləsində istifadə edilib.
Beləliklə, yeni qanunun qəbulu ilə “maliyyə icarəsi” ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, “lizinq” adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaq. Qeyd etmək lazımdır ki, bu xidmətin alıcıları tərəfindən lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, sanki onun kredit münasibəti olması rəyi formalaşırdı. Onu da bildirək ki, bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










