Azərbaycanda maşın və traktorların istehsalı kəskin azaldı

2025-ci ilin yanvar-noyabr aylarında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə 553.3 milyon manatlıq məhsul istehsal edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 8.7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 33.9 faiz azalıb.
Hesabat dövründə 3 min 736 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 min 489 ədəd azdır, yəni 28.5 faiz azalıb. Yük avtomobillərinin istehsalı isə 273 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 52.6 faiz aşağıdır. Yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktorların istehsalı 17.4 faiz, yük avtomobillərinin istehsalı isə 52.6 faiz azalıb. Traktor istehsalı 442 ədəd təşkil edib.
2025-ci ilin yanvar-noyabr aylarında 8 min 849 ədəd nasos istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz çoxdur. Eyni dövrdə 3.5 ton kran, qapaq və klapanlar istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 97.8 faiz azalıb.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












