Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə aid 61 yeni dövlət standartı qəbul edib.
Avtosfer.az AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartlarının tətbiqində məqsəd nəqliyyat infrastrukturunun etibarlılığının artırılması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin təsnifatı və terminologiyasının təkmilləşdirilməsi, yükdaşımalar zamanı yüklərin təhlükəsiz bərkidilməsinə dair tələblərin müəyyənləşdirilməsi, habelə texniki vasitələr, müvafiq sistemlər üzrə vahid tələblərin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsindən ibarətdir.
Dövlət standartlarının layihələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən "Nəqliyyat və nəqliyyat infrastrukturu" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












