Azərbaycanda nəqliyyatla bağlı yeni holdinq yaradıldı

Prezident İlham Əliyev "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"nda nəzərdə tutulan dövlət müəssisələri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) strukturuna daxil edilir.
"Dövlət əmlakının qorunub-saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I) aşağıdakı məzmunda 8-2-ci hissə əlavə edilir:
"8-2. Bu Fərmanın müddəaları Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a) tətbiq edilmir.".
Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub.
"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin NİZAMNAMƏSİ ilə bu linkdən tanış olmaq mümkündür.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












