Azərbaycanda rəqəmsal manat nə zaman reallaşacaq?

"Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımovun ekspertlərlə görüşündə diqqət yetiridyim məsələlərdən biri də virtual aktivlərlə (kriptovalyuta, tokenlər, NFT və s.) kriptovalyuta bazarının tənzimlənməsilə bağlı olub. AMB sədri virtual aktivlərlə bağlı qanunun hazırlanmaqda olduğunu və qısa müddətdə başa çatdırılacağını bildirdi".
Avtosfer.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu qanun ölkəmizdə kriptovalyuta mühitini xeyli dəyişəcək.
"Məhz bu qanun kripto birjaların, bu tip platformaların qeydiyyatı və xarici kripto-platformaların Azərbaycanda fəaliyyəti üçün mühitin yaradılması, kriptoların rəsmi pul vahidi və ya ödəniş vasitəsi kimi tanınması, kriptovalyutalardan əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və s. bu tip məsələləri tənzimləyəcək. MDB məkanında Rusiyada, Qazaxıstanda, Özbəkistanda və Belarusda bu sektorun tənzimlənməsilə bağlı qanunlar və hüquqi normalar mövcuddur. Taleh müəllimin dediyindən belə anladım ki, Mərkəzi Bank rəqəmsal manata daha fərqli və daha konservativ yanaşır.
Yəni, rəqəmsal manatın dövriyyəyə buraxılmasına virtual aktivlər çərçivəsində deyil, daha məhdud çərçivədə baxılır. Hazırda Mərkəzi Bank digər ölkələrdə rəqəmsal milli valyutalarla bağlı mövcud təcrübənin araşdırılması və öyrənilməsilə məşğuldur. Gələn il rəqəmsal manatla bağlı işlərin daha da sürətlənəcəyi gözlənilir".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












