Azərbaycanda saxta nömrələr açıq satışda - GİZLİ YAZIŞMALAR - VİDEO

Azərbaycanda saxta mobil nömrələrin satışı ilə bağlı yeni fakt ortaya çıxıb. Sosial şəbəkələrdə dələduzların mobil nömrələri cəmi 10 AZN-ə satdığı məlum olub.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, satıcı ilə aparılan yazışmalarda həmin nömrələrin "saxta" olduğu açıq şəkildə etiraf edilir. Satan şəxs bildirir ki, nömrələr real operator nömrəsi deyil, saxta üsullarla yaradılıb.
Mesajlarda qeyd olunur ki, alıcıya nömrə və kod təqdim olunur, bu kod vasitəsilə "WhatsApp" və digər tətbiqlərə giriş etmək mümkün olur.
Qeyd edək ki, bu cür nömrələr kibercinayətkarların istifadə etdiyi əsas vasitələrdən biridir. Saxta nömrələr vasitəsilə dələduzluq, fırıldaqçılıq və qanunsuz əməliyyatlar həyata keçirilir. Qanunvericiliyə görə, belə saxta nömrələrin istifadəsi və satışı qanunsuzdur və məsuliyyət yaradır. Ucuz qiymətə "xüsusi" və ya "saxta" nömrələr almaq risklidir. Bu cür nömrələrdən istifadə edərək edilən cinayət əməllərinə görə alıcı da məsuliyyət daşıya bilər.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












