Azərbaycanda sərnişin qatarlarında sürət həddi tam bərpa edilib

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların Sığırlı-Padar-Qarasu-Muğan-Hacıqabul sahəsində sürət həddi bərpa edilib.
Bu barədə Avtosfer.az “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.
Məlumata görə, oktyabrın 12-də bəzi bölgələrdə yağan leysan xarakterli yağışlar nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib: “Nəticədə Hacıqabul stansiyasının ərazisinə də ciddi zərər dəyib və dəmiryol xətlərinin torpaq qatı yuyulub. Həmçinin, Hacıqabul dartı yarımstansiyasının həyətində sel suları ciddi fəsad törətdiyi üçün elektrikin verilməsində və rabitə-işarəvermə qurğularının fəaliyyətində fasilələr yaranıb”.
Hadisənin fəsadları aradan qaldırılanadək ötən həftənin sonundan Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların Sığırlı-Padar-Qarasu-Muğan-Hacıqabul sahəsində sürət həddi endirilib.
“Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib. Dəmiryol xətlərində möhkəmləndirmə işləri aparılıb, kontakt şəbəkə dayaqlarının dibləri doldurularaq bərkidilib, rels şpal çərçivələrinin yuyulmuş hissələrinə çınqıl tökülərək möhkəmləndirilib", - deyə ADY-nin məlumatında qeyd edilib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












