Azərbaycanda stomatologiya üzrə klinik protokollar hazırlanır - RƏSMİ

Stomatologiya üzrə klinik protokolların bu il ərzində hazırlanması nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Teleqraf.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
"Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən verilən məlumata görə, stomatologiya sahəsində klinik protokolların cari il ərzində hazırlanması nəzərdə tutulub", - nazirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, klinik protokol - müntəzəm yenilənən, hər hansı bir xəstəlik, sindrom, klinik situasiya zamanı tibbi xidmət üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarət sənəddir.
Protokollar ən azı beş ildən bir yenilənməlidir, hətta bəzi protokollar üç ildən bir yenilənir. Klinik protokolların tərtib olunması Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilən "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında həyata keçirilir.
Səhiyyə Nazirliyinin 2021-ci il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş "Klinik protokolların yenilənməsi qaydası" üzrə protokolların yenilənməsi və yeni protokolların tərtibi həyata keçirilir. Azərbaycanda klinik protokolların tərtib edilməsi Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.
2008-ci ildən 2015-ci ilə qədər İSİM tərəfindən 91 klinik protokol tərtib edilib. Bunlardan 66-sı yenilənib, beş yeni klinik protokol tərtib olunub.
Klinik protokollar bir qayda olaraq Səhiyyə Nazirliyinin Elmi-tibbi Şurası tərəfindən təsdiq olunur. İSİM təsdiqlənmiş protokolları çap edir və tibb müəssisələrinə təqdim olunur. Eləcə də protokolların elektron versiyası İSİM-in saytına yerləşdirilir.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












