Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verilib

"Azərbaycan Kredit Bürosu" (AKB) MMC-nin hazırladığə rəqəmsal kredit tarixçəsi platforması olan "Findoc" portalında (Portal) yeni "Stop-Kredit" xidməti istifadəyə verilib.
Avtosfer.az bu barədə Büroya istinadən xəbər verir.
Məlumata görə, yeni xidmət Azərbaycan Mərkəzi Bankının (AMB) bu il iyunun 25-də təsdiqlədiyi "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na edilən dəyişikliklərə əsasən, məsafədən göstərilən maliyyə xidmətlərində risklərin minimallaşdırılması və istehlakçıların hüquqlarının qorunması üçün vətəndaşlara rəqəmsal kanallar vasitəsilə istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək hüququ tanınması məqsədilə hazırlanıb.
"Stop-Kredit" xidməti vətəndaşlara öz adlarına rəqəmsal kanallar vasitəsilə məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı yaradır.
Xidmətdən yararlanmaq üçün vətəndaşların "Findoc" portalına və ya mobil tətbiqinə daxil olaraq şəxsi kabinetləri vasitəsilə müvafiq funksionallıq üzərindən sorğu yerləşdirmələri kifayətdir. AMB-nin qaydalarda etdiyi müvafiq dəyişikliklərə əsasən isə oktyabrın 1-dən etibarən kredit təşkilatları tərəfindən məsafədən kredit rəsmiləşdirilməsindən öncə müvafiq məhdudiyyətin mövcudluğu yoxlanılmalı və yalnız məhdudiyyət olmadığı halda kreditləşmə həyata keçirilməlidir.
"Stop-Kredit" xidmətini vətəndaşlar Portal üzərindən ləğv etmək və yaxud yenidən aktivləşdirmək imkanına malikdirlər.
Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və hazırda Portalda qeydiyyatdan keçmiş şəxslərin sayı 225 mindən artıqdır.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5% payla 8 bank - "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Xalq Bank", "Kapital Bank", "PAŞA Bank", "Rabitəbank", "Unibank" və "Ziraat Bank Azərbaycan" ASC-lərdir.
AKB müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 300-dən artıqdır.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












