Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?

Böyük Britaniyada quraqlıq və suya tələbatın artması fonunda istehlakçıların daha çox ödəniş etməsi gündəmə gəlib. Təklif edilən yeni sistemə əsasən, su qıtlığı zamanı tariflərin artırılması, normadan artıq istifadə edən ev təsərrüfatlarının isə daha yüksək ödəniş etməsi nəzərdə tutulur.
Bu məsələ Azərbaycanda da su ehtiyatlarının gələcəyi ilə bağlı suallar doğurur. Ölkəmizdə gələcəkdə quraqlıq və su qıtlığı səbəbindən tariflərin artırılması və ya istehlaka limit qoyulması gündəmə gələ bilərmi? Azərbaycanı Britaniyadakı ssenari gözləyir?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda gələcəkdə quraqlıq və su qıtlığı səbəbindən su tariflərinin artırılması və istehlaka müəyyən məhdudiyyətlərin tətbiqi tamamilə mümkündür:
“Çünki iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların qeyri-bərabər paylanması və bəzi su mənbələrində ehtiyatların azalması su təminatını getdikcə daha həssas məsələyə çevirir. Xüsusilə kənd təsərrüfatında suya tələbatın yüksək olması vəziyyəti daha da mürəkkəbləşdirir.
Lakin Azərbaycanın Böyük Britaniyadakı ssenarini eyni formada təkrarlayacağını demək düzgün olmaz. Ölkələrin su ehtiyatları, iqlimi, su təsərrüfatı sistemi və tarif siyasəti fərqlidir. Azərbaycanda əsas məsələ yalnız əhali tərəfindən istifadə olunan suyun qiymətinin artırılması deyil, su itkilərinin azaldılması, köhnəlmiş şəbəkələrin yenilənməsi, su anbarlarının səmərəli idarə olunması və kənd təsərrüfatında daha qənaətcil suvarma sistemlərinə keçiddir.
Bununla belə, su qıtlığı kəskinləşərsə, gələcəkdə diferensial tariflərin tətbiqi gündəmə gələ bilər. Məsələn, müəyyən həddə qədər istifadə olunan su daha münasib qiymətlərlə, normadan artıq istehlak isə daha yüksək tariflərlə hesablanaraq insanları suya qənaət etməyə təşviq edə bilər. Quraqlıq dövrlərində isə müəyyən istehlak məhdudiyyətlərinin tətbiqi də istisna deyil”.
İqtisadçı qeyd edib ki, belə bir siyasət tətbiq edilərsə, sosial tərəfi mütləq nəzərə alınmalıdır:
“Su əsas ehtiyac olduğuna görə onun qiymətinin kəskin artırılması aztəminatlı ailələrə ciddi yük yarada bilər. Buna görə daha real yanaşma bütün istehlakçılara eyni şəkildə yüksək tarif tətbiq etməkdən çox, israfçı və normadan artıq istifadənin daha baha başa gəlməsi, əsas istehlak həcminin isə əhali üçün əlçatan saxlanılmasıdır.
Əslində, Azərbaycan üçün Britaniya ssenarisindən daha vacib dərs su qıtlığı baş verdikdən sonra tarif artırmaq deyil, qıtlıq yaranmamışdan əvvəl suya qənaət mexanizmlərini qurmaqdır. Əgər su ehtiyatlarının azalması davam edərsə, suyun gələcəkdə sadəcə kommunal xidmət deyil, strateji resurs kimi idarə olunması qaçılmaz olacaq”.
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO










