Azərbaycanda tələbələrə ictimai nəqliyyat pulsuz olacaq?

Azərbaycanda tələbələr üçün ictimai nəqliyyatın pulsuz və ya güzəştli olması məsələsi uzun müddətdir müzakirə olunur, lakin bu istiqamətdə hələ də konkret qərar verilməyib. Xüsusilə rayonlardan Bakıya təhsil almaq üçün gələn və kirayədə yaşayan tələbələr üçün gündəlik nəqliyyat xərcləri əlavə maliyyə yükünə çevrilir. İlk baxışda kiçik görünən bu məbləğ, ay ərzində toplandıqda tələbələrin ümumi xərclərində nəzərəçarpacaq pay tutur.
Bu səbəbdən, uzun müddətdir gündəmdə olan bu təşəbbüsün niyə hələ də reallaşmadığı və gələcəkdə tətbiq olunub-olunmayacağı tələbələri düşündürən əsas suallardan biri olaraq qalır.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, tələbələr üçün nəqliyyatın pulsuz olması müzakirə mərhələsindədir:
"Tələbələr və təqaüdçülər üçün ictimai nəqliyyatda güzəştlər paketinin hazırlanması məsələsi hazırda müzakirə mərhələsindədir. Lakin bu məsələnin qısa müddətdə tam həll olunacağını demək bir qədər reallıqdan uzaqdır.
Həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həm də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi səviyyəsində bu istiqamətdə müzakirələr aparılır. Biz də bu prosesdə iştirak etmişik, öz təkliflərimizi vermişik və ümid edirik ki, yaxın zamanda məsələ öz həllini tapacaq”.
Ekspert qeyd edib ki, avtobuslarda texniki problemlər prosesi yubadır:
"Bu, texniki həll tələb edən mürəkkəb bir məsələdir və ona görə də diqqətli yanaşmaq lazımdlr. Bütün avtobuslar nağdsız ödəniş sisteminə keçməyib. Tələbələr və pensiyaçılar üçün xüsusi kartların tətbiqi nəzərdə tutulur və bu kartlar sistem tərəfindən tanınmalıdır. Sistem müəyyən etməlidir ki, sərnişin tələbədir, yoxsa pensiyaçı. Daha sonra buna uyğun olaraq ya imtiyazlı gediş haqqı tətbiq olunmalıdır.
İstənilən halda, bu cür güzəştlərin tətbiqi üçün vahid və işlək sistem qurulmalıdır”.
Nəqliyyat eksperti vurğulayıb ki, tələbələr üçün güzəştlərə metrodan başlamaq olar:
"Metroda isə bunu tətbiq etmək daha real görünür, çünki metro vahid sistem üzərindən idarə olunur. Eyni yanaşmanı dəmir yolunda da tətbiq etmək mümkündür və ilkin mərhələdə bu sahələrdə başlanıla bilər.
Avtobuslarda isə vəziyyət hələ tam uyğun deyil. Baxmayaraq ki, yeni avtobuslar istismara verilir, hələ də köhnə avtobuslara rast gəlinir. Bu avtobusların bəzilərində nə validator sistemi, nə də normal isitmə və soyutma avadanlıqları mövcuddur”./azxeber.com
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










