Azərbaycanda veb-resursa kiberhücum: Serverdən xarici sistemlərə müdaxilə edilib - XƏBƏRDARLIQ

Dünyada müşahidə olunan geosiyasi proseslər fonunda əksər ölkələrə qarşı kiberhücumların miqyası artmaqdadır. Bu hücumlar birbaşa ölkəni hədəf almaqla yanaşı, eyni zamanda ölkədə informasiya və kibertəhlükəsizlik tələblərinə cavab verməyən platformadan istifadə etməklə, digər dövlətlərin informasiya sistemlərini hədəfə alırlar.
Avtosfer.az xəbər verir ki, bu istiqamətdə Macarıstanın Milli Kibertəhlükəsizlik Mərkəzindən (NCSC Hungary) daxil olan məlumat əsasında Elektron Təhlükəsizlik Xidmətinin (Milli CERT) Rəqəmsal Təhqiqat Mərkəzi geniş araşdırma aparıb. Təqdim edilmiş texniki göstəricilərin (URL və IP ünvanlar) təhlili nəticəsində hadisənin mənbəyi və xarakteri müəyyənləşdirilib.
Araşdırma zamanı məlum olub ki, yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruz qalıb. Kibercinayətkarlar serverə zərərli kod və fayllar yerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinə icazəsiz müdaxilə üçün istifadə ediblər. Eyni zamanda, həmin infrastruktur vasitəsilə istifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsi təmin olunub.
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) həyata keçirdiyi operativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamilə silinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb və informasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib.
Elektron Təhlükəsizlik Xidməti hadisə ilə əlaqədar informasiya sistemləri sahiblərinə bir daha informasiya sistemləri və infrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğunun yenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinin tətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












