Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir - Nazirdən açıqlama

"Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir".
Avtosfer.az xəbər verir ki, bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
Nazir bildirib ki, artıq Qaradağda 2 000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb.
"Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə də cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub.
Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə ümumilikdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisələrini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub".
F.Əhmədov vurğulayıb ki, bu cəzaçəkmə müəssisələri tamamilə müasir standartlara cavab verəcək.
"Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkən şəxslərə nəzarət mexanizmlərinin rəqəmsal alətlər - üz tanıma sistemləri və digər texnoloji həllər vasitəsilə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə verəcək".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












