Azərbaycanda yük avtomobillərinin sayının ən çox artdığı rayonlar - SİYAHI

Azərbaycanda yük avtomobillərinin sayında illik müqayisədə ən çox artım qeydə alınan şəhər və rayonların adları məlum olub.
Ümumilikdə, respublika üzrə yük avtomobillərinin sayı 2023-cü ildəki 177 min 622-dən 2024-cü ildə 186 min 161-ə yüksələrək, bir il ərzində 8 min 539 ədəd və ya 4,8% artıb.
Faiz artımına görə respublika lideri Xocalı rayonu olub. Rayonda yük avtomobillərinin sayı 32 ədəd artaraq 13,8%-lik yüksəliş göstərib.
İkinci yerdə 10,7% artımla Siyəzən rayonu qərarlaşıb ki, bu da mütləq rəqəmlə 63 avtomobil deməkdir. Cəbrayıl rayonu isə 111 avtomobil və ya 9.5% artımla üçüncü olub.
Siyahıda növbəti yerləri Şamaxı rayonu (133 ədəd və ya 9,3%), Astara rayonu (137 ədəd və ya 9.1%), Qəbələ rayonu (156 ədəd və ya 8,6%) və Xızı rayonu (24 ədəd və ya 8,6%) tutur.
İlk onluqda həmçinin Cəlilabad rayonu (221 ədəd və ya 8%), Abşeron rayonu 360 ədəd 7,9%), Naftalan şəhəri 6 ədəd (7,4%), Şuşa rayonu (30 ədəd və ya 7%) və Yardımlı rayonu (35 ədəd və ya 7%) yer alıb.(fed.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












