“Azərbaycandakı avtomobil yolları möhtəşəmdir” - Sədr

“Azərbaycandakı avtomobil yolları möhtəşəmdir”.
Avtosfer.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O, sözügedən turnirin üçüncü mərhələsi haqqında fikirlərini bölüşüb:
“Üçüncü mərhələni də uğurla başa vurduq. Mən özümü dünyanın ən gözəl ölkəsində hiss edirəm. İştirakçılar yollarımızın çox gözəl, möhtəşəm olduğunu deyirlər. Qəbələdən Mingəçevirədək hər şey möhtəşəm idi. Bu tək mənim yox, əcnəbi qonaqların fikridir”.
Qeyd edək ki, üçüncü mərhələdə Qazaxıstanın “Astana” komandasının rusiyalı üzvü Qleb Suritsa qızıl, belçikalı Dyupon Timoti (“Tarteletto-İsorex”) gümüş, ekvadorlu Pita Kristian David (“Roojai İnsurance Winspace”) bürünc medal qazanıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi Xankəndi şəhərində baş tutacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












