Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhədindən keçib - YENİLƏNİB

Azərbaycandan İrana yola salınan humanitar yardım Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
Bunun 76 tonu ərzaq və qida məhsulları, 4 tonu dərman vasitələri və 2 tonu isə tibbi ləvazimatlardır.
Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilib.
Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərildiyi nəzərə alınaraq yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.
***09:54
İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində Azərbaycan İrana növbəti humanitar yardımı göndərib.
Avtosfer.az xəbər verir ki, bu humanitar yardıma 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton isə tibbi ləvazimatlar daxildir.
***09:09
Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.
Humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.
Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












