"Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb" - Rəşad Həsənov

Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, münaqişələr quru və dəniz yolları ilə daşımalara mənfi təsir göstərib: "Şirkətlər və hökumətlər şaxələndirmə yolu ilə cavab verirlər. Azərbaycanın bu istiqamətdə planları var. Birincisi, yüklərin daşındığı Orta Dəhliz, ikincisi isə məlumatların ötürüldüyü rəqəmsal dəhlizdir".
Nazir qeyd edib ki, Azərbaycandan tranzit yüklər son beş ildə təxminən iki dəfə artıb: "Biz bu ili təxminən 16 milyon tonla başa vuracağımızı gözləyirik və 2030-cu ilə qədər bu rəqəmin 30 milyon tona çatacağını planlaşırırıq".
Nazir müavini əlavə edib ki, bu ilin 9 ayında Bakı Beynəlxalq Dəniz Limanı ilə 2025-ci ilin eyni dövrü ilə müqayisədə konteyner daşımaları 30 % artıb: "Tutum da tələbatdan öndə gedir. Daha yaxşı əməliyyatlar sayəsində biz limanın inkişafının ikinci mərhələsində onun konteyner tutumunu 500 000 TEU-ya çatacağını planlaşdırırıq".
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












