Azərbaycanın hava məkanından tranzit uçuşların sayı artdı

Azərbaycanın hava nəqliyyatındakı rolu artıb. Son dörd ildə ölkənin hava məkanından tranzit uçuşların sayı çoxalıb.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Nəqliyyat və Logistika – Orta Dəhliz: Azərbaycanın Strateji Rolu və Tərəfdaşlıqları” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Bakı ilə Almaniya arasında birbaşa hava əlaqələrinin genişləndirilməsi üçün imkanların olduğunu deyən nazir müavini AZAL-ın Berlin şəhərinə uçuşlar həyata keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında Bakı Limanının yaxınlığında yeni yük hava limanı tikilir: “İllik bir milyon ton yükdaşıma imkanına malik olacaq hava limanı dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının vahid logistika sistemində birləşdirilməsinə imkan verəcək”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












