Azərbaycanın Monqolustanla yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, Bakıda AYNA ilə Monqolustanın Yol və Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Siyasətinin Əlaqələndirilməsi Departamenti arasında beynəlxalq avtomobil daşımaları sahəsində tarixdə ilk ikitərəfli görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) və milli daşıyıcıların nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı Azərbaycan və Monqolustan arasında beynəlxalq avtomobil yük daşımalarının mövcud vəziyyəti, tranzit potensialı, əməkdaşlığın genişləndirilməsi və daşıyıcıların qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda beynəlxalq yük daşımalarının inkişafına təkan verəcək mühüm razılaşmalar əldə olunub. Qərara əsasən, 2026-cı il üçün əlavə olaraq ikitərəfli daşımalar üzrə 2 000, tranzit daşımalar üzrə 250, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 400 icazə blankının mübadiləsi həyata keçiriləcək.
Bununla yanaşı, 2027-ci il üzrə ilkin icazə kvotası ikitərəfli daşımalar üçün 2 000, tranzit daşımalar üçün 250, üçüncü ölkəyə/ölkədən daşımalar üçün 450 ədəd müəyyən edilib. Beləliklə, iki ölkə arasında beynəlxalq yük daşımaları üçün qarşılıqlı mübadilə olunan icazə blanklarının sayı əvvəlki dövrlə müqayisədə 10 dəfə artırılıb.
Tərəflər, həmçinin cari və növbəti illər ərzində daşıyıcıların icazə blanklarına olan tələbatının tam təmin ediləcəyini bildiriblər.
Görüş çərçivəsində icazə blanklarının mübadiləsi və istifadəsinin elektronlaşdırılması istiqamətində də mühüm razılıq əldə olunub. Bu məqsədlə birgə texniki işçi qrupunun yaradılması və iyulun 1-dən layihə üzrə işlərə başlanılması planlaşdırılır.
Elektron sistemin tətbiqi icazələrin əldə olunması və istifadəsi prosesini sadələşdirəcək, əməliyyat xərclərini və vaxt itkilərini azaldacaq, daşımaların daha şəffaf və operativ həyata keçirilməsinə imkan yaradacaq.
Beynəlxalq yük daşımaları zamanı yaranan məsələlərin operativ həlli üçün aidiyyəti qurumlar arasında birbaşa və çevik əlaqələndirmə mexanizminin tətbiqi barədə də razılığa gəlinib.
Keçirilən görüş Azərbaycanla Monqolustan arasında avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın yeni mərhələyə keçməsinə, beynəlxalq yük daşımalarının həcminin artırılmasına və daşıyıcılar üçün daha əlverişli fəaliyyət mühitinin formalaşdırılmasına xidmət edəcək.
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










