Azərbaycanın sədrliyi ilə BNF-nin iclasları keçirilib

Paris şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin və Nəqliyyatı İdarəetmə Şurasının növbəti iclasları keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirlərdə Azərbaycanın BNF-yə sədrlik çərçivəsində müəyyən etdiyi prioritetlərin əhəmiyyəti vurğulanıb. Üzv ölkələr qlobal nəqliyyat siyasəti üzrə dialoqun gücləndirilməsi, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, dayanıqlı nəqliyyat sistemlərinin təşviqi istiqamətində Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirib.
İclaslarda təşkilatın fəaliyyət proqramı, qarşıdakı dövr üçün strateji prioritetlər və qlobal nəqliyyat siyasətinin inkişafı ilə bağlı əsas istiqamətlər müzakirə olunub. Eyni zamanda 6-8 may tarixlərində Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçiriləcək BNF Zirvə Toplantısının proqramı və hazırlıq məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, hər il keçirilən Zirvə Toplantısı nəqliyyat nazirləri və sektor liderlərinin ən böyük görüş platforması hesab olunur. Bu il tədbir “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna həsr ediləcək.
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri












