"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

Tacikistan Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət başçılarının Məşvərət görüşündə Azərbaycanın sədrliyini tam dəstəkləyəcək.
Avtosfer.az xəbər verir ki, bu sözləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.
O vurğulayıb: “Tacikistan Azərbaycanın konstruktiv təşəbbüslərini dəstəkləməyə və əldə edilən razılaşmaların praktiki həyata keçirilməsinə kömək etməyə hazırdır. Əminəm ki, qarşılıqlı etimad və mehriban qonşuluq ortaq məqsədlərə doğru ardıcıl şəkildə irəliləməyə davam etməyimizə imkan verəcək. Azərbaycanı sədrliyi münasibətilə təbrik edirəm və biz onu hər cür dəstəkləyəcəyik”.
Emoməli Rəhmon, həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin, məlumat və praktik təcrübə mübadiləsinin genişləndirilməsinin və mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.
Mədəni və humanitar əməkdaşlıqdan danışan Tacikistan Prezidenti ədəbi, tarixi və mədəni əsərlərin tərcüməsi üzrə işlərin davam etdirildiyini qeyd edib.
Emoməli Rəhmon iqlim dəyişmələri, buzlaqların əriməsi, səhralaşma ilə mübarizə, biomüxtəlifliyin qorunması və milli parkların inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayaraq ətraf mühit gündəliyinə xüsusi diqqət yetirib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












