Azərbaycanın yardım TIR-ları İrana keçdi - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aprelin 4-də 10 yük avtomobili (TIR) vasitəsilə Bakıdan yola salınan növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən İran İslam Respublikasına keçib.
Avtosfer.az xəbər verir ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.
Qeyd edək ki, yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.
***09:45
Bu gün İrana növbəti humanitar yardım yola salınır.
Avtosfer.az xəbər verir ki, göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.
Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla sonuncu telefon danışığında qonşu və dost İran xalqına növbəti humanitar yardımın göndəriləcəyini açıqlamışdı.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












