Azərbaycanla bağlı yayılan dezinformasiyaya Türkiyədən - Reaksiya

Bəzi sosial media hesablarında “İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqlar yarıya endirilib” iddiası ilə bağlı yayılan məlumatlar dezinformasiyadır.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bu məlumat ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır: “Azərbaycanı Fələstin əleyhdarı kimi qələmə verməyə çalışan bu iddialar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkəmiz Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyası daxilində həmrəyliyi sarsıtmaq və Fələstin xalqına qarşı soyqırımını ört-basdır etmək məqsədi daşıyan düşünülmüş və sistemli əməliyyatın tərkib hissəsidir.
İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür yalan məlumatlara etibar etməmək və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirmək çox vacibdir”.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












