"Azərbaycanla əlaqələrimiz həmişəkindən daha güclüdür" - Britaniya səfirliyi

"Strateji tərəfdaşlığın elan edilməsi ilə tarixi bir mərhələyə qədəm qoyulur və Böyük Britaniya-Azərbaycan əlaqələri indi həmişəkindən daha güclüdür".
Avtosfer.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
"Bu strateji tərəfdaşlıq ölkələrimiz arasında mövcud olan çoxillik dostluq ənənələrinə əsaslanır. Biz birlikdə iqtisadi inkişafı stimullaşdıracaq, təhlükəsizlik sahəsini gücləndirəcək və innovasiyaları təşviq edəcəyik. Bütün bu addımlar həm Britaniya, həm də Azərbaycan vətəndaşlarına real faydalar gətirəcək və yeni perspektivlər açacaq.
Eyni zamanda, əlaqələrimizin qurulmasında əməyi keçən insanları - ölkələrimiz arasında davamlı tellər yaradan və birgə çalışan dostları, tərəfdaşları, işgüzar dairələri, tələbələri və icmaları xüsusi ilə qeyd etmək lazımdır. Bu prosesin iştirakçısı olan hər kəsə təşəkkür edirik", - deyə paylaşımda bildirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












