Azərbaycanlı məşhurun nəvəsinə məxsus əmlaka HƏBS QOYULDU

Məşhur şair Əliağa Kürçaylının nəvəsinə məxsus "İnnovation Event" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əmlakına həbs qoyulub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2021-ci ildə "İnnovation Event" MMC-nin şirkətlərdən birinə yükdaşıma xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə borcu yaranıb.
Sözügedən şirkət məhkəməyə ərizə ilə müraciət edərək cavabdehə məxsus bütün daşınar və daşınmaz əmlakın üzərinə borc tələbi həcmində, yəni 12 942.56 manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş edib.
Məhkəmə ərizəni qismən təmin edib. Qərara əsasən, cavabdeh "İNNOVATİON EVENT" MMC-yə məxsus əmlakların üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişləri (vergi, sosial ödənişlər və s.) üzrə əməliyyatlar məhdudlaşdırılmamaqla iddia tələbinin əsas borc hissəsi həcmində, yəni 8 513.70 manat məbləğində həbs qoyulub.
Qərardadın dərhal icra edilməsi qərara alınıb.
Qeyd edək ki, "İnnovation Event" MMC 13 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan şirkətidir. Şirkət müxtəlif tədbirlərin təşkili, eləcə də LED ekranların və işıqlandırma avadanlıqlarının icarəsi sahəsində fəaliyyət göstərir. Şirkət bir sıra universitetlərin və digər qurumların təşkil etdiyi tenderlərin qalibi olub.
Tenderlərin qalibi olan "İnnovation Event" MMC-nin qanuni təmsilçisi Əliağa Ülfət oğlu Kürçaylıdır. O, məşhur şair Əliağa Kürçaylının (1928-1980) nəvəsidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












