Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

“Rəsmi Bakı sülh gündəliyinə sadiqdir. Azərbaycanın Ermənistana yanacaq məhsulları ixrac etməsi və ərazimizdən tranzitlə daşınan bütün yüklərlə bağlı məhdudiyyətin aradan qaldırılması bunu bir daha təsdiq edib. Sözsüz ki, bütövlükdə ikili əlaqələr zamanı mühüm məqamlardan biri də iş adamları arasında münasibətlərin formalaşmasıdır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat əlavə edib ki, sülh müqaviləsi imzalandıqdan sonra, biznes nümayəndələrinin qarşılıqlı görüşü mümkündür:
“Hökumətlərarası görüşdə müzakirə edilən məsələlərdən biri də məhz iş adamların görüşünün təşkili ilə bağlı idi. Bu baxımdan, Ermənistan tərəfi də sülh gündəliyinə sadiq qalarsa, lazımi konstitusion dəyişikliklər edilərsə və yekunda sülh müqaviləsi imzalanarsa, iqtisadi əlaqələrin qurulması rəsmi şəkildə başlayacaq. Hər iki ölkəni təmsil edən iş adamları arasında əlaqələrin bərpası mümkün olması istisna deyil. Bu həm də Zəngəzur dəhlizinin nə zaman açılmasından asılıdır. Çünki Zəngəzur dəhlizinin açılması və istifadəyə verilməsi Azərbaycan üçün olduqca vacibdir”.
Eyni komitənin digər üzvü Müşfiq Cəfərov isə vurğulayıb ki, iqtisadi baxımdan Ermənistan Azərbaycan üçün yeni bazara çevrilir:
“Son zamanlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində siyasi və iqtisadi əlaqələrdə mühüm irəliləyişlər müşahidə olunur. İqtisadi baxımdan Ermənistan Azərbaycan üçün yeni bazara çevrilir. SOCAR və Azərbaycanın nəqliyyat infrastrukturu əlavə gəlir əldə edir. Dəmiryolu daşımalarının bərpası tranzit imkanlarını genişləndirir. Qarşılıqlı iqtisadi asılılıq müharibə risklərini azaltmağa xidmət edir və sülhü daha da yaxınlaşdırır”.
Deputat qeyd edib ki, Azərbaycanın strateji maraqları baxımından əsas məqsəd Cənubi Qafqazda əsas logistika və enerji mərkəzinə çevrilməkdir:
“Əgər iki ölkə arasında ticarət dövriyyəsi artırsa, bu, tərəflərin tam olmasa da, münasibətləri normallaşdırmağa çalışdığını göstərir. Dünya təcrübəsindən də görürük ki, əvvəlcə iqtisadi əlaqələr qurulur, sonra siyasi problemlərin həlli asanlaşır. Azərbaycanın strateji maraqları baxımından əsas məqsəd Cənubi Qafqazda əsas logistika və enerji mərkəzinə çevrilməkdir”.
Xatırladaq ki, aprelin 29-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev nümayəndə heyəti ilə birlikdə İrəvana səfər edib. Səfər zamanı Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya üzrə işçi qruplarının görüşü keçirilib. Bundan əlavə, Baş nazirin müavini erməni biznesmenlərlə görüş keçirib.
İyunun 2-də Qars şəhərində Türkiyə və ERmənistan iş adamları görüş keçirib.
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO










