Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA

Yekaterinburqda ötən illərdə şəhərdə baş vermiş “cinayət hadisələri” ilə bağlı bir sıra şəxslər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib.
Rusiya Federasiyası İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətlərinin birgə məlumatına görə, Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə əməkdaşları, Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birlikdə, Rusiya Milli Qvardiyasının qüvvələrinin dəstəyi ilə keçmiş illərdə törədilmiş cinayət işlərinin bir hissəsi olaraq, Xüsusi Çevik Cavab tədbirləri həyata keçiriblər: "Ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətləri törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb, onların yaşayış yerlərində axtarışlar aparılıb. Şübhəlilərin istintaq altında olan və digər cinayətlərdə iştirakları yoxlanılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaqın maraqları naminə indiki mərhələdə daha ətraflı məlumat açıqlamır".
O, keçən illərin cinayətləri ilə bağlı cinayət işlərinin istintaqı çərçivəsində kompleks tədbirlərin həyata keçirildiyini açıqlayıb.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.
Belə ki, bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.
FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Bakir Səfərov isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.
Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.
Hazırda iki nəfər vəziyyəti ağır olduğu üçün xəstəxanada saxlanılır, digər 9 nəfər isə polisdədir. Saxlanılanlar hamısı Rusiya vətəndaşı olan azərbaycanlılardır.
Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərovun isə Rusiya vətəndaşıdır. Səfərov qardaşlarının cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi bildirilir.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












