"AzərEnerji” ilin birinci rübünün nəticələrini açıqladı

Cari ilin üç ayı ərzində “AzərEnerji” ASC-nin balansında olan istilik və su elektrik stansiyalarında 6 milyard 295 milyon kVts elektrik enerjisi istehsal olunub.
Avtosfer.az xəbər verir ki, istehsal edilən enerjinin həcmi ötən ilin ilk üç ayında istehsal edilən enerjinin həcmi ilə demək olar eyni olsa da, səmərəlilik baxımından irəliləyişlər əldə edilib.
Bu isə istilik enerjisinin azaldılması və əvəzində ekoloji cəhətdən təmiz və sərfəli su enerjisinin artması ilə bağlıdır.
Belə ki, ötən ilin üç ayı ərzində su elektrik stansiyalarında 420 milyon kVts enerji istehsal edildiyi halda, 2025-ci ilin ilk üç ayında 645 milyon kVts istehsal olunub. Bununla da 1,5 dəfə istilik enerjisi azaldılaraq su elektrik enerjisi ilə əvəzlənib. Sözsüz ki, su elektrik stansiyalarınının payına düşən istehsalın artması Qarabağ və Şərqi Zəngəzurda ardıcıllıqla tikilərək istismara verilən kiçik su elektrik stansiyaları ilə bağlıdır.
Bundan əlavə ötən ilin müvafiq dövrü ilə müqayisədə “AzərEnerji” tərəfindən 1 kVts elektrik enerjisi istehsalı üçün şərti yanacağın xüsusi sərfiyyatı 6,2 qram azaldılıb və bununla da 78,5 milyon kub metr təbii qaza, o cümlədən maliyyə vəsaitinə qənaət edilib.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












