“Azeri Light” ucuzlaşdı
Xəbərlər
14 Oktyabr 2025 10:41
Oxunub 376

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,08 ABŞ dolları və ya 0,12% azalaraq 66,28 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,36 ABŞ dolları idi.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
ŞƏRH YAZ














