“Azərişıq” Gədəbəyin bəzi kəndlərində elektrik təsərrüfatını yeniləyir - VİDEO

“Azərişıq” ASC regionların sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gədəbəyin köhnəlmiş elektrik təsərrüfatını yeniləyir.
Avtosfer.az xəbər verir ki, rayonun Arıqıran kəndində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulur.
İşlər yekunlaşdıqdan sonra kənddə ümumilikdə 9 müasir tipli Komplekt Transformator Məntəqəsi (KTM) abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.
Arısu, Xarxar və Zəhmət kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib. Yeni 0.4 kV-luq dayaqlar basdırılıb, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Sadalanan 3 kənddə ümumilikdə 17 KTM quraşdırılıb.
Növbəti mərhələdə Çanaqçı, İnəkboğan və Kərimli kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulacaq.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC Gədəbəylə yanaşı ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












