“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC 2024-cü ilin son ayları və yeni ilin ilk günlərində də Qarabağ və Şərqi Zəngəzurda lazımi yenidənqurma və bərpa işlərini davam etdirib.
Avtosfer.az xəbər verir ki, 2024-cü ildə Kəlbəcər rayonu ərazisində 5 istiqamətdə iki dövrəli və beşdövrəli ÖİN-3 (Özünüdaşıyan İzoliyasiyalı Naqil) kabel xətlərinin çəkilişinə start verilib. Alagöllərdə strateji obyektlərə xidmət edəcək xətlər, həmçinin Milli, Çaykənd, Qamışlı kəndləri istiqamətində xətlərin çəkilişləri yekunlaşdırılıb. “Azərişıq” ASC-nin əməkdaşları 2025-ci ilin ilk günlərində də iş başında olublar. 110/35 kV-luq İstisu Yarımstansiyasından Mineral su zavoduna çəkilən ikidövrəli ÖİN-3 kabel kəttinin çəkilişi davam etdirilir. Dayaqların quraşdırılması yekunlaşdırılıb, kabellərin montaj işləri aparılır. Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışı baş tutub.
Laçında da dağıdılmış elektrik təsərrüfatının yenidən qurulması işləri davam edir. Minkənddə 35 kV-luq yarımstansiyanın və şəhər daxilində Rəqəmsal idarəetmə Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. Uğurla sona çatdırılan yenidənqurmalarla yanaşı, rayonun bütün kəndlərinin elektrik enerjisi ilə təmin olunması üçün işlər ardıcıl olaraq gedir. Belə ki, Quşçu kəndində ÖİN-3 kabel hava xəttinin çəkilişi tamamlanıb, transformatorlar quraşdırılıb, gərginlik verilib. Kürdhacı, Ərikli, Şəlvə, Güləbird və Qorçu qəsəbəsində elektrik xətləri çəkilişi davam edir. İkidövrəli hava kabel xətləri çəkilir.
Xatırladaq ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun digər rayonlarında da dağıdılmış elektrik şəbəkələri tamamilə yenidən qurulur. Yeni salınan şəhər və qəsəbələrin işıqlandırılması üçün ən müasir avadanlıqlardan istifadə edilməklə yeni güc mərkəzləri yaradılır. Görülən bütün işlər Baş Plana əsasən aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












