“Azərlotereya” növbəti dəfə üç beynəlxalq standart üzrə sertifikat alıb - FOTO

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərməyə davam edir. Bu məqsədlə 2025-ci ilin oktyabr ayında sertifikasiya auditi keçirilib və üç beynəlxalq standart üzrə uyğunluq təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, ilk standart ISO 27001:2022 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin, eləcə də təklif etdiyi şans oyunlarının təhlükəsizlik, etibarlılıq və davamlılığını təsdiq edir. Şirkət daha əvvəllər bu standartın 2013-cü il versiyasına uyğun fəaliyyət göstərirdi. Lakin texnologiyaların inkişafı ilə ayaqlaşmaq üçün bu standartın 2022-ci ildə redaksiyası yenilənib və 2025-ci ildən bu standarta keçid edilməsi üçün son tarix kimi müəyyən edilib. Standartın tələblərinə uyğun olaraq şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumat təhlükəsizliyi siyasətini və məlumat təhlükəsizliyinin hər bir elementi üzrə (uzaqdan işləmə, təhlükəsiz kodlama, şifrə idarəçiliyi və s.) digər siyasət və prosedurları təsdiq edir, eləcə də bu siyasət və prosedurlar əsasında məlumat təhlükəsizliyinin idarə edilməsi sistemini tətbiq edir.
Növbəti standart Dünya Lotereyalar Assosiasiyasının (WLA - World Lottery Association) Təhlükəsizlik Nəzarəti Standartıdır (SCS - The Security Control Standard). Bu standart sahənin ən yaxşı təcrübələrinin ümumiləşdirildiyi “qaydalar toplusu”dur və həm müxtəlif lotereya növlərinə, həm də idman mərc oyunlarına şamil edilir. Məsələn, hər bir lotereya biletinin unikal nömrəsinin olması, kriptoqrafik nəzarətlərin tətbiq edilməsi, tirajlı lotereyaların təşkilinin addım-addım yazılmış təlimatının olması, hər bir oyun iştirakçısının ancaq bir aktiv oyun hesabının ola bilməsi, ödəniş üsullarının qorunması kimi tələblər bu standartdan irəli gəlir. Cari ildə bu standartın da yeni versiyasına 2024-cü il redaksiyasına keçid edilib.
Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart Avropa Lotereyaları və Toto Assosiasiyasının (EL - The European State Lotteries and Toto Association) “Məsuliyyətli Oyun” standartıdır. Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışı zamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyən edir.
“Azərlotereya” ASC Dünya Lotereyalar Assosiasiyası, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının üzvüdür. Ətraflı olaraq “Azərlotereya”nın “Məsuliyyətli Oyun” siyasəti ilə tanış ola bilərsiniz.
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi










