“Azərlotereya”nın tirajlı lotereya biletlərində ardıcıl 2 böyük uduş qazanılıb!

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Super Keno” və “Beşdə 5” tirajlı lotereyalarında ardıcıl 2 böyük uduş – 100 000 və 50 000 manat qazanılıb.
Avtosfer.az xəbər verir ki, 100 000 manatlıq ilk uduş “Super Keno” lotereyasının avqustun 11-də keçirilən tirajında qeydə alınıb. Şanslı oyunçu ona uğur gətirən bileti Göygöl rayonunda “Azərlotereya” satış məntəqəsindən alıb.
İkinci böyük uduş isə avqustun 12-də “Beşdə 5” tirajlı lotereyasında qeydə alınıb. Ağdaşda marketdən alınan “Beşdə 5” bileti sahibini 50 000 manat qazandırmaqla sevindirib.
“Azərlotereya”nın “Super Keno”, “Beşdə 5” və “4+4” tirajlı lotereya biletlərində hər gün uduş var. “Super Keno”da böyük uduş məbləği 1 000 000 manatdır. “Beşdə 5” oyununda hər gün 50 000 manat böyük uduşu qazanmaq şansı var. “4+4” tirajlı lotereyasında isə cekpot günü-gündən artır və məbləğ hazırda 800 000 manatdan çoxdur. Cekpot hələ də öz sahibini gözləyir.
Qeyd edək ki, hər üç oyun üçün biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, market və köşklər, həmçinin azerlotereya.com, misli.az-dan əldə etmək, olar.
Tirajlı lotereya oyunu hər gün saat 19:45-də “Xəzər” TV-də və “Azərlotereya TV” “YouTube” kanalında canlı yayımlanır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












