“Azərmaş” ASC zərərçəkmişin pulun ödəmir

Salyan rayonunda yol qəzası zərərçəkmiş sürücünün “Azərmaş” ASC-dən narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, avqustun 2-də “Azərmaş” ASC-yə məxsus Əli Namiq Rafiq oğlunun idarə etdiyi 90-YL-419 dövlət nömrə nişanlı “Chevrolet Cobalt LTZ” markalı avtomobil sürücü T.Mirzəyevaya məxsus 77-TF-748 dövlət nömrə nişanlı “Changan” nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən protokol (İnzibati Xətalar Məcəlləsi, maddə 460.3) tərtib edilib. Sürücü xanım T.Mirzəyevaya ümumilikdə 744 manat ziyan dəyib.
Lakin qəzanı törədən “Azərmaş” ASC-yə məxsus avtomobilin icbari sığortası olmayıb.
Qəzadan sonra şirkət nümayəndələri zərərçəkən şəxsə dəymiş bütün ziyanın ödəniləcəyini vəd edərək, şikayət etməməyi xahiş ediblər.
Amma hadisədən iki həftədən çox vaxt keçsə də, “Azərmaş” ASC nə zərəri qarşılayıb, nə də sürücünün zənglərinə cavab verir.
Zərərçəkən sürücü bildirib ki, şirkətin məsuliyyətsizliyi və qanunsuz olaraq sığortasız avtomobilləri idarəyə çıxarması vətəndaşların hüquqlarını pozur:
“Avtomobilimə ciddi zərər dəyib. Qanuna görə, onların sığortası olmalı idi və bu ziyanı sığorta şirkəti ödəməli idi. Ancaq indi həm avtomobilim sıradan çıxıb, həm də hüquqlarım pozulub. Bütün xərclərim öz üzərimdə qalıb”.
Mütəxəssislər də bildirirlər ki, sığortasız avtomobillə yol qəzası törətmək yalnız sürücünü deyil, həmin avtomobilləri istismara buraxan müəssisəni də məsuliyyətə cəlb edə bilər.
Bu səbəbdən “Azərmaş” ASC-yə qarşı həm inzibati, həm də məhkəmə müstəvisində iddia qaldırmaq mümkündür.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(tribuna.info)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












