"AzInTelecom" uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib - FOTOLAR

"AzInTelecom" MMC 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Gəncə şəhərində azyaşlılar üçün maarifləndirici sessiya keçirib.
Azərbaycan Uşaq Fondu ilə birgə təşkil olunan sessiyada 30-dan çox azyaşlı iştirak edib. Tədbirin məqsədi uşaqlara rəqəmsal dünyadan təhlükəsiz və səmərəli formada istifadə etməyin yollarını aşılamaq olub.
Sessiyada uşaqlara onlayn mühitdə şəxsi məlumatların qorunması, tanımadıqları şəxslərlə ünsiyyətdən qaçmaq və şübhəli keçidlərə klikləməmək kimi əsas kiber-gigiyena qaydaları əyləncəli metodlarla izah edilib. Sessiyanın sonunda azyaşlılara "AzInTelecom" tərəfindən nəşr olunan "SİMA missiyası" texnoloji nağıl kitabı hədiyyə olunub.
Uşaq və gənclərin rəqəmsal savadlılığının artırılması "AzInTelecom" MMC üçün xüsusi önəm daşıyır və şirkət bu qəbildən olan maarifləndirici layihələri korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqaməti hesab edir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO

















