AzTV-dən üzr istənildi

“Noyabrın 5-də “Metbuat.az” xəbər portalında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə bağlı məqalə dərc edilib. “AzTV sədri buna görə vurulurmuş” başlığı ilə yayımlanan məqalə redaksiyaya göndərilən məlumatlar əsasında hazırlanıb. Təəssüf ki, məqalə sosial şəbəkə platformalarında mövcud olan bir sıra qruplar və səhifələr tərəfindən təkrarən paylaşılarkən, ona əsası olmayan əlavələr edilib, təhriflərə yol verilib”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Metbuat.az” xəbər portalının yaydığı təkzib xarakterli məlumatda bildirilib.
“Portal olaraq bəyan edirik ki, sözügedən məlumatın hazırlanmasında və saytda yerləşdirilməsində heç bir mənfi niyyətimiz olmayıb. AzTV-nin və onun rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdan uzağıq. Hazırladığımız xəbərin manipulyasiya edilməsinin, AzTV-yə qarşı aparılan qərəzli kampaniyaya alət edilməsinin qarşısını almaq üçün onu “Metbuat.az”ın səhifəsindən sildik.
Apardığımız araşdırma zamanı məlumat təsdiqini tapmadığı üçün xəbəri təkzib edirik. Bu vacib məqamı oxucularımızla bölüşməklə yanaşı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə üzrxahlığımızı bildirir, onların peşəkar kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayır, fikirlərini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik”, - portalın təkzibində vurğulanıb.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












